Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Türk xalqının ozanı”  adlı informasiya saatı keçirilib

19.12.2022

17.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında Türk xalqının ozanı, Oğuz dillərinin ilk böyük şairi Yunus Əmrənin  780 illiyi ilə əlaqədar “Türk xalqının ozanı”  adlı informasiya saatı keçirilmişdir.

Tədbiri açan Oxu zalının  böyük kitabxanaçısı Əfsanə Bağırova sözə şairin “Salam olsun “şeiri ilə başladı və türk şairi Yunis Əmrənin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək onun Anadolunun Sakarya bölgəsindəki Sarıköydə 1240-cı ildə anadan olmasından, mədrəsədə təhsili almasından, Tapdıq Əmrə adında şeyxə şəyirdlik etməsindən danışdı. O bildirdi ki, şair Mövlana Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olmuşdur. Anadolunun bir çox kəndlərini gəzmiş, Azərbaycana və Şama da səfər etmişdir. Yunus Əmrə Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında dəfn olunmuşdur. Hər il may ayında Türkiyənin ən gözəl şəhərlərindən olan Əskişəhərdə Yunus Əmrə günləri keçirilir.
Yunus Əmrənin özü və yaradıcılığı haqqında bir çox əsərlər yazılıb. Bunlardan “Yunus Əmrə, Həyatı, sənəti və şerləri” (Əbdülbakı Cəlpinarlı, 1952-ci il) “Yunus Əmrə və Tasavvur” (Əbdülbakı Cəlpinarlı, 1961-ci il), “Dərdli dolab və Yunus Əmrənin həyat hekayəsi” (Nəzihə Araz, 1961- ci il), “Anadolunun iç aydınlığı, Yunu Əmrə” (Köyxan Övliya oğlu, 1963) adını qeyd etmək olar.
 

 

147.9 KB